Məşhur funksioner "Sportinfo"ya AÇIQLADI: "Onu transfer edəcəkdik, sonda pulu seçdi"

31 Yanvar 2024 16:00 Qalmaqal 1 166
Məşhur funksioner "Sportinfo"ya AÇIQLADI: "Onu transfer edəcəkdik, sonda pulu seçdi"

"Mən həmin vaxt Namik Ələskərovu öz komandamıza gətirmək istəyirdim, ancaq bu transfer son anda baş tutmadı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Boluspor"un futbol şöbəsinin sabiq direktoru İsmail Duru söyləyib.

Türkiyə klubunun keçmiş funksioneri 2021/2022 mövsümündə "Bursaspor"un fuormasını geyinmiş yarımmüdafiəçiyə təklif göndərdiklərini bildirib.

Müsahib qeyd edib ki, 2021-ci ilin sentyabrında "Neftçi"dən ayrılan yığmamızın ovaxtkı üzvü öncə "Boluspor"a keçməyə maraq göstərsə də, axır məqamda fikrini dəyişib:

"O, pulu seçdi və Bursaya getdi. Həmin komanda II liqaya düşdükdən sonra Namik də Türkiyədən ayrıldı.

İndi harada olduğunu, necə oynadığını bilmirəm. Azad agent kimi "Sabah"a keçib?

Namiki daha izləmirəm. Futbolçuda gərək baş olsun.

Mən ondan öncə Araz Abdullayevi "Boluspor"a gətirmişdim. Azərbaycanla yaxşı əlaqələrim var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR