COP29

Tanınmış türkiyəli referi “Sportinfo”ya Hacıyevin səhv etdiyini açıqladı

24 Yanvar 19:00 Qalmaqal 1 940
Tanınmış türkiyəli referi “Sportinfo”ya Hacıyevin səhv etdiyini açıqladı

“Bu epizoda baxdım və deməliyəm ki, baş hakim böyük səhvə yol verib”.

Türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnel Sportinfo.az-a açıqlamasında belə deyib.

O, Azərbaycan Premyer Liqasının 19-cu turunun "Səbail" - "Zirə" matçının (0:0) ikinci hissəsində qonaq komandanın hücumçusu Rüstəm Əhmədzadəyə qarşı ayaqla sərt toxunuşun penalti kimi qeydə alınmamasını yanlış adlandırıb.

"Səbail" - "Zirə" oyunun baş hakimi Fərid Hacıyev olub. O, VAR-a baxdıqdan sonra R.Əhmədzadəyə qarşı epizodu qayda pozuntusu kimi qeydə almayıb.

Deniz Ateş Bitnel bildirib ki, referi epizoda yaxın olsa və VAR kamerasına baxsa da, səhv qərar qəbul edib:

“Onun VAR-a çağırılması doğru idi. Çünki epizod cərimə meydançasının daxilində baş vermişdi.

Kadrlardan görünür ki, “Zirə”nin oyunçusu topla sürətli hərəkət edir, rəqib müdafiəçi isə onun ayağına güclü zərbə endirir.

Mənə maraqlıdır, meydandakı hakimlərlə VAR otağında əyləşənlər arasında nə danışılıb? Çünki bu, açıq penaltidir.

Referinin belə epizodu düzgün qiymətləndirməməsi mənə qəribə gəldi”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"