COP29

Milliyə çağırılan bu futbolçunun əlində De Byazinin İFŞA VİDEOsu var? – İDDİA!

20 Noyabr 2023 20:00 Qalmaqal 1 879
Milliyə çağırılan bu futbolçunun əlində De Byazinin İFŞA VİDEOsu var? – İDDİA!

Azərbaycan millisi üçün AVRO-2024-ün seçmə mərhələsinun sonuncu görüşü növbəti biabırçılığa səbəb oldu.

Tsikla Avstriya önündə 1:4 hesablı darmadağınla başlayan yığmamız qrupun axırıncı görüşündə Belçika seçməsi tərəfindən yerə gömüldü.

Noyabrın 16-da Bakıda İsveçin 3:0 hesabı ilə məğlub edilməsi bu nəticənin təsadüf olduğunu çılpaqlığı ilə göstərdi.

Oyundan sonra ölkə futbol ictimaiyyəti qəzəbin yaratdığı gülüş içindəydi. Əsasən Canni de Byaziyə yönələn tənqidlərin kökündə yığmanın yerli məşqçilərdən birinə tapşırılması dayanırdı.

Azarkeşlər Azərbaycan millisinin sosial şəbəkə hesablarında 0:5-ə müxtəlif cür yanaşıb ki, gülüş doğuran şərhləri təqdim edirik:

“Hesab 0:15 ola bilərdi. Olmadı, demək ki, komandamızda inkişaf var”.

“Millimizin futbolçuları Belçikanın oyununu stadiondan, mən isə evdən izlədim”.

“Lukakunun sürəti bizim internetin sürətindən güclüdür”.

“Hakim qadın olsaydı, görün necə udardıq”.

“İkinci hissədə Azərbaycan millisinin qapısını Allah qoruyurdu”.

“Qapılarımız bütün ölkələrə açıqdır” deyəndə bunu nəzərdə tutmamışdıq axı”.

“Kaş, İsveçin himni ilə çıxardıq oyuna. Elə bilərdilər İsveç 0:5 uduzub”.

“Belçikanın qapıçısının üzünü niyə oyun qurtarandan sonra görməliydim ki? Mən onu əvvəldə görmək arzusu ilə baxırdım oyuna”.

“UEFA-dakılar gördü ki, qadın hakim olanda qan edirik, kişi göndərdilər ki, yolumuzu azmayaq”.

“Deyəsən, Höccətin əlində de Byazinin işfa videosu var. Ona görə də Höccətlə höcət eləmir”.

“Millimizin hər dəfə mərkəz xəttini keçməsini 1 qol saysaq, yenə də darmadağın olarıq”.

“Hamı tənqid edir, söyür. Bir nəfər demir ki, Allah üzümüzə baxdı, yaxşı qurtardıq. Naşükürlük etməyin”.

Azərbaycan yığması yer aldığı F qrupunda meydana çıxdığı 8 oyundan 7 xalla ayrılmaqla mübarizəni 5 komanda arasında 4-cü pillədə başa vurub. Top fərqi 7-17-dir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?