COP29

ŞOK SƏNƏDLƏR! Premyer Liqada çıxış edən futbolçu qorxulu xəstəliyin daşıyıcısıdır?

26 Oktyabr 2023 14:40 Qalmaqal 845
ŞOK SƏNƏDLƏR! Premyer Liqada çıxış edən futbolçu qorxulu xəstəliyin daşıyıcısıdır?

Xəbər verildiyi kimi, “Kəpəz”in legioneri Abdullahi Şuaybunun qanında Hepatit B virusu aşkarlanıb.

Bu barədə “Xəzər TV”yə onun sabiq meneceri Dmitri Selyuk məlumat verib.

O bildirib ki, nigeriyalı futbolçu sağlamlıq testindən keçərkən analizləri dəyişdirilib və “sağlam” olaraq qeyd edilib. Bununla bağlı hətta Baş Prokurorluq AFFA-ya müraciət ünvanlayıb.

Bu iddianın doğruluq faizi nə qədərdir? Əlimizdə olan tibbi analizlərə əsasən deyə bilərik ki, afrikalı forvardı gələcək karyera baxımından təhlükə gözləmir.

O, qaldığı yerdən yoluna davam edə bilər. Hər halda müxtəlif klinikalarda həkim müayinəsindən keçən Şuaybunun «daşıyıcı» olduğu üzə çıxıb.

Yəni ki, onun xəstəliyi keçici deyil və münasibət qurduğu şəxsləri yoluxdurmaq ehtimalı yoxdur. Hepatit B Abdullahidə irsidir. Bu virus ona ata-anasından keçib.

Bəs Selyuk niyə birdən-birə belə «hücuma keçib»? İş ondadır ki, nigeriyalı forvardla arasında münasibətlər pozulub.

Onlar artıq bir-birlərini danışdırmır. Menecerin afrikalının əleyhinə hərəkətə keçməsinin arxasındakı səbəb də budur.

Adıçəkilən agent Şuaybunun «Şerif»ə transferinə vasitəçilik edib. Amma o, Moldova klubunda çox qalmayıb, 2022-ci ilin yayında Azərbaycana gəlib.

Hücumçunun «Şerif»dən ayrılması menecerinin ona yanaşması ilə əlaqədardır. Belə ki, futbolçu Tiraspolda olduğu müddətdə ondan istədiyi diqqəti görməyib, bəzən ac qalıb.

Tanımadığı ölkədə özünü yad hiss edib, Selyukdan kömək umub, fəqət tərpəniş olmayıb.

O, Azərbaycana gələndən bir müddət sonra meneceriylə bağlantıları kəsib. Vaxtilə «Mançester Siti»li Yaya Turenin agenti olmuş Selyukla əməkdaşlığı

dayandıran Şuaybu onun telefon zənglərinə və mesajlarına cavab verməyib.

Bu da agenti hiddətləndirib və Azərbaycandakı tanışları vasitəsilə son xəbəri mediaya ötürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"