Premyer Liqada bunu da gördük - Mühafizəçilər iş başında – VİDEO+FOTO

12 Avqust 19:40 Qalmaqal 2 491
Premyer Liqada bunu da gördük - Mühafizəçilər iş başında – VİDEO+FOTO

Premyer Liqanın ikinci turu çərçivəsində "Araz Naxçıvan" "Qəbələ"ni qəbul edir.

"Dalğa Arena"da nominal meydan sahibi funksiyasını daşıyan "kiçik torpaq" təmsilçisini 100-dən artıq azarkeş qələbəyə səsləyir.

Eyni tribunada qərarlaşan azarkeşlərin bir qrupu sıravi insanlardan təşkil olunubsa, digər qrup mühafizə şirkətinin əməkdaşlarıdır.

Xidməti formada olan mühafizəçilər digər azarkeşlərlə şüar vəhdəti təşkil edir.

Məsələn, azarkeşlər "Araz" qışqıranda, mühafizəçilər "Naxçıvan" deyir. Və ya əksinə.

Məlum görüntünün ölkə futbolu adına sevindirici, yoxsa utandırıcı məqam olması ilə bağlı suala cavab tapmağı öhdənizə buraxırıq.

HƏBİB / SPORTİNFO.AZ

Aşağıdakı foto və videolarda bəhs etdiyimiz anın görüntüləri ilə tanış ola bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."