ŞOK ARAŞDIRMA! Divizionda oyun "qumar"ı: İndi bu işlə kimlər məşğuldur? - VİDEO

22 Aprel 2023 11:00 Qalmaqal 848
ŞOK ARAŞDIRMA! Divizionda oyun "qumar"ı: İndi bu işlə kimlər məşğuldur? - VİDEO

I Divizionda şübhəli oyunlar aşkarlanıb.

Bunu yaxınlarda ATV-yə açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev bildirmişdi.

Onun sözlərinə görə, iki komanda ilə bağlı araşdırmalar davam etdirilir:

“Birinci divizion komandalarında araşdırmalar aparılır, əgər iddialar təsdiqlənsə, sərt cəza tətbiq olunacaq”.

O qeyd edib ki, son bir neçə həftə ərzində keçirilən 2-3 oyunla bağlı neqativ siqnallar daxil olub və onlar ciddi şəkildə araşdırılır.

Federasiya rəhbəri ad çəkməyib, söhbətin konkret olaraq hansı komandadan getməsini açıqlamayıb.

Redaksiyamızdakı məlumata görə, hazırda hüquq-mühafizə orqanları bir neçə istiqamətdə təhqiqat aparır. MOİK və daha 2 aşağı dəstə təmsilçisinin futbolçuları sorğu-suala cəlb olunub.

MOİK-in futbolçuları Emin Mehtiyevlə Fərmayıl Əliyev bu mövsüm Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Səbail"ə qarşı keçirilmiş oyunun (0:4) nəticəsini manipulyasiya ediblər.

Bu barədə UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırmalar davam edir:

"Şübhələr çox ola bilər. Amma bu gün konkret olaraq 1 oyun ətrafında araşdırma aparılır. İstintaq hələ bitməyib".

Səlimli danışılmış oyunlarda başqa futbolçuların da iştirakının ola biləcəyini istisna etməyib:

"Hər şey mümkündür. Bilirsiz ki, bu, çox uzun və sonsuz mövzudur. İstintaq davam etdiyi üçün başqa adlar və klublar da çıxa bilər.

Bununla bağlı heç bir zəmanət yoxdur. Həm daxildə, həm də xaricdə müraciət edə biləcəyimiz bütün tərəflərlə işləyirik. Hətta AFFA daxilindəki komissiya da bu işə köklənib".

Emin Mehtiyev və Fərmayıl Əliyev futboldan ömürlük kənarlaşdırılıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti