“Neftçi”nin sabiq rəhbəri Fərid Qayıbovu qəzəbləndirdi - RÜŞVƏT QALMAQALI

27 Mart 2023 18:00 Qalmaqal 2 528
“Neftçi”nin sabiq rəhbəri Fərid Qayıbovu qəzəbləndirdi - RÜŞVƏT QALMAQALI

Gənclər və İdman Nazirliyinin (GİN) ətrafında gərginlik və narazılıq hallarına rüşvət ehtimalı əlavə olunub.

Yayılan xəbərə görə, idman şöbəsinin müdiri Elnur Məmmədovun sürücüsü (Emil, xalasıoğlu deyilir) müxtəlif şəxslərdən nazirliyin tabeçiliyində olan idarələrə və olimpiya komplekslərinə işə düzəltmə adı ilə külli miqdarda pul alıb.

Amma bunun müqabilində nə sözünü tutub, nə də aldığı maliyyəni geri qaytarıb. Belədə, aldadılan şəxslər nazirliyə gələrək qalmaqal salıblar.

Hadisədən nazir Fərid Qayıbov xəbər tutub və sürücünü işdən qovub. Cəza olaraq “Cənab 0:8”in xidməti maşınını (“Nissan Altima” 10-PZ-501) əlindən alıb.

2014-2016-cı illərdə “Neftçi”PFK-də icraçı direktor və vitse-prezident işləmiş Elnur Məmmədovun sürücüsü ailəcə yaxınlara “nazirlikdə boş vakansiyalar var, işə götürürlər, şirinlik lazımdır” adı altında ayrı-ayrılıqda 8500, 4300 və 2 nəfərdən 6500 manat alıb.

Nəticədə məsələ həllini tapmayıb, söz-söhbət böyüyərək ictimailəşib. Dələduzluğa məruz qalan şəxslərdən biri Emilin valideyni ilə əlaqə saxlayıb.

“Sabah-sabah” hələ də ortada olmayan pulun gələn ayın əvvəlində qaytarılacağına söz verilib. Görünür, sözügedən məbləğlər nazirlikdə yüksək vəzifəli şəxs(lər)ə ötürülüb və indi onu qaytarmaq müşkülə çevrilib.

Elnur Məmmədova gəlincə, o, adəti üzrə sudan quru çıxmağa çalışır. Lakin bu dəfə məsələ qəlizdir: ortada korrupsiya əməli var.

Mülahizəyə görə, ona işə ictimai nəqliyyatla gedib-gəlməsi də kömək olmayacaq. Sacın 3 ayağından birinin qırılması an məsələsidir. Saytımızda yeni məlumatlar var.

Əməkdaşlarımız onu dəqiqləşdirməklə və fakrları əldə etməklə məşğuldurlar. Bəllidir ki, pulu qaytarmasalar, zərərçəkənlər müxtəlif hüquq-mühafizə orqanlarına şikayət edəcəklər.

Onların əlində faktların olması şübhəsizdir. Bildiyimizə görə, Fərid Qayıbov da belə məsələləri bağışlamır. Emildən sonra növbə Elnurdadır.

Onsuz da, o, işdən qovulmağa öyrəncəlidir...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti