SON DƏQİQƏ: Regekampf içdi, xanımı döydü, söydü, ölümlə hədələdi, cinayət işi açıldı - QALMAQALLI VİDEO

24 Sentyabr 2022 16:00 Qalmaqal 5 123
SON DƏQİQƏ: Regekampf içdi, xanımı döydü, söydü, ölümlə hədələdi, cinayət işi açıldı - QALMAQALLI VİDEO

Millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilədən istifadə edən Laurentsiu Regekampf “Səbail”lə oyundan sonra Rumıniyaya yollanıb.

Bir neçə gündür Buxarestdə olan mütəxəssis dünən axşam saatlarında hələ də rəsmi boşanmadığı Anamariya Prodanın evinə gedərək Rumıniyada böyük səs-küyə səbəb olan qalmaqal yaradıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, “Neftçi”nin baş məşqçisinə məişət zorakılığı ilə bağlı cinayət işi açılıb.

Qalmaqal saat 19:00 radələrində vaxtilə cütlüyün birlikdə yaşadığı Snaqovdakı mənzildə baş verib.

Fiziki təzyiqə məruz qalmış Anamariya Prodan yerli mətbuata açıqlamasında hadisə ilə bağlı danışıb:

“O, uşağını görmək hüququndan istifadə etmək adı ilə gələrək heç kimin icazəsi olmadan evə daxil oldu və oğlumu təhqir etməyə başladı. Oğlumu söydü, sonra da bizi ölümlə hədələdi.

Sonra mənə keçdi. Məni boynumdan tutaraq sürüdü, vurdu, yanımdakı sürücü dostuma yumruq atdı, maşının üstünə tullanaraq söyməkdə davam etdi. Bəsdir artıq! Baxın, telefonum nə vəziyyətdədir, sındırıb yararsız hala salıb”.

Hadisə zamnı polisə zəng olunub, çox keçmədən Regekampf və hadisə zamanı zərərçəkmiş sürücü hüquq-mühafizə orqanlarına dəvət olunub.

“Neftçi”nin baş məşqçisi olayla bağlı açıqlama verməkdən boyun qaçırıb.

Laurentsiu Regekampfla Anamariya Prodan uzun illər evli olub. Birgə nigahdan 14 yaşlı oğlan övladlarının olmasına baxmayaraq, cütlük hələ də rəsmi boşanmayıb. Rumın məşqçi isə hazırda Koriana Kasius adlı qadınla münasibətdədir və bir övladı var.

HƏBİB / SPORTİNFO.AZ

LİNK: https://stirileprotv.ro/stiri/actualitate/anamaria-prodan-acuzatii-grave-la-adresa-lui-reghecampf-a-venit-sa-si-ameninte-copilul-ne-ameninta-cu-moartea.html?fbclid=IwAR1bho5hkNNTl45eFEOiqcOZ0yF22CLEV3h6emhWdJd0cAIla1iEKgMOddM

Digər Xəbərlər
Xəbər Lenti