Premyer Liqa klubunun futbolçusu anasıyla birgə kütləvi davanın iştirakçısı oldu - VİDEO

21 Fevral 2022 12:20 Qalmaqal 1 636
Premyer Liqa klubunun futbolçusu anasıyla birgə kütləvi davanın iştirakçısı oldu -  VİDEO

“Mançester Siti”nin futbolçusu qalmaqallı vəziyyətə düşüb.

Sportinfo.az xəbər verir ki, axşam saatlarında “şəhərlilər”in yarımmüdafiəçisi Fil Foden “Mançester Arena”da keçirilən boks gecəsində iştirak edib.

Onu yaxın dostları və qohumları, o cümlədən anası Kler Foden müşayiət edib.

Hadisədən sonra futbolçunun ailəsi ilə arenaya gələn naməlum qonaqlar arasında münaqişə yaranıb.

Kişilərin futbolçunun sevgilisi Rebekka Kuku təhqir etdiyi bildirilib. Naməlum şəxslərdən biri Fodenin anasının üzünə zərbə endirib ki, bu da futbolçunun işə qarışmasına səbəb olub.

Foden bu mövsüm “Mançester Siti”nin heyətində 27 oyuna çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti