UEFA Azərbaycan klubunun davakar oyunçusuna sərt üzünü göstərdi - VİDEO

18 Dekabr 2021 13:40 Qalmaqal 905
UEFA Azərbaycan klubunun davakar oyunçusuna sərt üzünü göstərdi - VİDEO

UEFA-ın Nəzarət, Etika və İntizam Komitəsi "Araz-Naxçıvan"ın futzalçısı Felipinyonu 5 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna braziliyalı hücumçunun Kosovonun "Ligeni" komandasına qarşı Çempionlar Liqasının əsas mərhələ oyununda rəqib futzalçılar - Arber Şkodra və Anton Uka ilə dava etməsi səbəb olub.

Avropa futbol qurumu insidentə görə Naxçıvan təmsilçisini 1000 avro cərimələyib. O, qərardan apellyasiya şikayəti verilməyəcəyini söyləyib.

Futzalçılar arasında əlbəyaxa dava 6:6 hesabı ilə başa çatmış görüşün sonuncu - 40-cı dəqiqəsində baş vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”