Azərbaycan futbolunda KƏLLƏ QALMAQALI – ŞOK HADİSƏNİN VİDEOSU

1 Noyabr 2021 13:40 Qalmaqal 2 159
Azərbaycan futbolunda KƏLLƏ QALMAQALI – ŞOK HADİSƏNİN VİDEOSU

Peşəkar Futbol Liqası "Səbail"in legioneri Nikolas Rayselin "Sumqayıt"la Azərbaycan Premyer Liqasının IX tur oyununda (2:0) qırmızı vərəqə aldığı epizodun görüntülərini yayıb.

Sportinfo.az xəbər verir ki, həmin epizodda fransalı hücumçunun meydan sahiblərinin müdafiəçisi Höccət Haqverdiyə kəllə atması əksini tapıb.

63-cü dəqiqədə "Sumqayıt" hücumda olduğu vaxt 28 yaşlı forvard Azərbaycan millisinin oyunçusuna yaxınlaşaraq, onun sifətinə başla zərbə endirib.

Baş hakim Fərid Hacıyev Haqverdini qeyri-idman hərəkətinə görə sarı, Rayseli isə təcavüzkar davranışı səbəbindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.

Daha əvvəl Fransa millisinin sabiq yarımmüdafiəçisi, hazırda İspaniya "Real Madrid"ində baş məşqçi postunu tutan Zinəddin Zidan İtaliya ilə 2006-cı il dünya çempionatının final matçı zamanı rəqib müdafiəçi Marko Materatsiyə kəllə atıb.

Bu, məşhur oyunçunun futbolçu karyerasında son qarşılaşması olub. Həmin vaxtdan "Zidansayağı kəllə" kimi məşhurlaşmış zərbədən indi onun həmyerlisi Azərbaycan çempionatında yararlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”