“Qalatasaray”ın iki futbolçusu meydanda dalaşdı – QALMAQALLI VİDEO

17 Avqust 2021 02:00 Qalmaqal 2 075
“Qalatasaray”ın iki futbolçusu meydanda dalaşdı – QALMAQALLI VİDEO

Türkiyə Super Liqasının ilk turu çərçivəsində keçirilən "Giresunspor" - "Qalatasaray" matçında şok anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində "Qalatasaray"ın iki futbolçusu bir-biri ilə dalaşıb.

Skandal olay Markao və Kerem Aktürkoğlu arasında baş verib.

Belə ki, braziliyalı futboloçu Keremin üzərinə yeriyərək ona kəllə atıb, ardınca isə yumruq zərbəsi endirib. Braziliyalı futbolçunun bu hərəkəti onun meydandan qırmızı vərəqə alaraq qovulması ilə nəticələnib.

Digər Xəbərlər
Xəbər Lenti