Elçin Məsiyevin mübahisə doğuran qərarları - VİDEO

30 Aprel 2021 11:20 Qalmaqal 1 079
Elçin Məsiyevin mübahisə doğuran qərarları - VİDEO

Azərbaycan Kubokunda "Zirə" və "Keşlə" arasında keçirilmiş yarımfinal mərhələsinin qalmaqallı cavab görüşünün protokolu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş hakim Elçin Məsiyev 11 futbolçuya və 1 məşqçiyə sarı vərəqə göstərib.

Bu vərəqələrdən 7-si meydan sahiblərinin, 5-i qonaqların futbolçularına göstərilib. Sarı vərəqə alan məşqçi "Zirə"dən Hacı Əhmədov olub.

Bundan başqa yerli komandadan Lazar Corceviç 88-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa, Sərtan Taşkın isə oyundan sonra ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Həmçinin, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov və onun köməkçisi Eltun Yaqublu 90-cı dəqiqədə hakimin qərarına etiraz etmələri səbəbindən qırmızı vərəqə alıblar.

Görüş "Keşlə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”