"AFFA-da oturanlar gənc veteranlardan qorxur, onları qəsdən işdən kənarda saxlayır”

26 Mart 2021 20:20 Qalmaqal 905
"AFFA-da oturanlar gənc veteranlardan qorxur, onları qəsdən işdən kənarda saxlayır”

AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadənin gənc veteranlar haqda söylədiyi fikirlər birmənalı qarşılanmayıb.

O, yeni nəsil futbol adamlarının federasiyadan iş istəməsinin əleyhinə çıxıb.

Həsənzadə həmçinin məşqçi kateqoriyası almaq niyyətində olan veteran futbolçuları tənqid atəşinə tutub. Bildirib ki, hamıya kateqoriya vermək olmaz.

Millinin keçmiş hücumçusu Zaur Ramazanov Sportinfo.az-a açıqlamasında qarşı tərəfin mövqeyini darmadağın edən əks arqumenatlər ortaya qoyub:

“Deyirlər ki, hər futbol oynamış şəxsə kateqoriya verilməz. Mən bu fikirlə razıyam, amma bir şey də var: kateqoriya verəndə də baxmaq lazımdır ki, onu kimə verirlər.

AFFA “resepşn”də işləyənə “A” kateqoriyası verib. Mən buradan Cahangir Həsənzadəyə sual ünvanlayıram: həmin şəxsə kateqoriyanı kim verib? Yaxşı, oxuya bilmirdimsə, mənə “B” dərəcəli lisenziyanı necə vermişdiz?

Bunlar hamısı bəhanədir. Onları öyrədirlər, çıxıb şablon danışırlar. Bu adamlara heş önəm də vermək lazım deyil. Mənə kateqoriya verilməlidir.

Efirdə Maradonadan danışırlar ki, böyük futbolçu olsa da, yaxşı məşqçi olmayıb, onu narkotiklə tutublar.

Həmin adamlar, görəsən, Maradonanın ölən gününü xatırlayır? O, narkoman kimi ölmədi, Maradona kimi öldü. Argentinada 3 günlük matəm elan olundu.

Bu adamlar heç bilir ki, kateqoriyanı Maradonaya hansı “podnos”un üstündə gətirib veriblər? Çünki, o, Maradona olub. Mən də Zauram. Kateqoriyanı gətirib həmin “podnos”da mənə verməlisiz.

Hamı bilir ki, Cahangir AFFA-nın işçisidir, bu gün ona nə deyirlər, o da çıxıb elə danışır.İndi bütün veteranlar həmin çıxışına görə Cahangiri tənqid edir.

Ela adamlar var ki, kateqoriya almalıdır. AFFA-da əyləşən adamlar savaddan çox danışır, deyirlər ki, filankəs 3 dil bilir.

14 ildir AFFA-da işləyirsiz və deyirsiz ki, bizim savadımız var. Bu illər ərzində futbol üçün nə iş görmüsüz, ay savaddan danışanlar?

Futbolumuz gündən-günə geriləyir, adam küçəyə-bayıra çıxa bilmir. Sadə insanlar bizi harada görür, yaxınlaşıb sual verir ki, niyə millimiz, klublarımız bugündədir?

Kimi görürsən, hamı AFFA-dan narazıdır, AFFA-da oturanlar gənc veteranlardan qorxur, onları qəsdən işdən kənarda saxlayır.

Azərbaycanda futboldan başı çıxmayan nə qədər adam var, hamısını yığıblar AFFA-ya.

Bunlar heç camaat arasına da çıxmır. Çıxsaydılar ki, görərdilər ki, adamlar bunlar haqda nə deyir, nə fikirləşir.

AFFA yaşlı və gənc veteranları üz-üzə qoymaq istəyir. Deyirlər ki, futbol oynayıb qurtaranlar iş üçün AFFA-ya müraciət etməməlidir. Bəs hara müraciət edək?

Gedib bazar müdüründən xahiş eləməliyik ki, bizə bir “polka” ver, burada işləyək? Hərənin öz sahəsi var. Biz futbolun içindən çıxmışıq, daha AFFA-da oturanlatr kimi başqa sahələrdən tapşırıqla, tanışılıqla bura gəlməməşik.

Görün, öz kölgələrindən necə qorxurlar ki, haqqımızda verliş hazırlayırlar. Bir dəfə də Qurban Qurbanov haqda belə bir verliş hazırlamışdılar. Camaat bunlara gülür”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!