SOCAR-dan asılı klublarda "Borcumuz yoxdur" QALMAQALI

16 Fevral 2021 20:20 Qalmaqal 1 295
SOCAR-dan asılı klublarda "Borcumuz yoxdur" QALMAQALI

AFFA SOCAR-dan maliyyə alan klubları vəziyyətdən çıxarmağın yeni “yol”unu tapıb.

Bəlli olduğu kimi, istər Premyer Liqa, istərsə də I Divizion təmsilçiləri 3 aya yaxındır maliyyə ilə təmin edilmir.

Onların payına düşən vəsaitin gecikdirilməsi neft şirkətində başlanan auditlə bağlıdır. Hər halda federasiyadan klub təmsilçilərinə belə bir xəbər verilib.

Bildirilib ki, struktur dəyişikliyindən sonra qurumda yoxlamalar gücləndirilib və nəticələr məlum olan kimi qeyri-müəyyən vəziyyət davam edəcək. Yəni ki, prosesin bir həftə çəkməsi də mümkündür, bir ay da.

Belə bir vaxtda AFFA-dan gələn qəribə təlimat ciddi narahatlıq yaradıb. Çünki işçilər, məşqçilər və futbolçulardan klubun onlara ötən ildən borcunun qalmamasına dair sənədə imza atmaları tələb edilib.

Əksəriyyət iş yerini itirməmək üçün bununla razılaşıb və sənədi imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”