"Bunu qəsdən etdilər - Bizi lağa qoyan şəkildə üzr istəyirlər”

11 Dekabr 2020 19:20 Qalmaqal 807
"Bunu qəsdən etdilər - Bizi lağa qoyan şəkildə üzr istəyirlər”

Avropa Liqasının qrup mərhələsinin VI turunda "Makkabi"yə (Təl-Əviv) uduzan "Sivasspor" İsraildə problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, komanda matç başa çatandan sonra hava limanına gedib, lakin uçuş təyin olunan vaxtda gerçəkləşməyib.

Klub üzvləri 2 saat orada gözləməli olub. "Sivasspor" səlahiyyətli nümayəndələrin sistemi bağladığını, qarşı tərəf isə komandanın hava limanına gec gəldiyini bildirib.

Türkiyə təmsilçisi hava limanına vaxtında çatdığını, lakin 43 nəfərdən ibarət heyətlə yalnız bir işçinin məşğul olduğunu bəyan edib. "Sivasspor" səhər saatlarında Türkiyəyə çatıb.

Bölgə təmsilçisinin prezidenti Mecnun Otyakmaz baş verən hadisəni rüsvayçılıq adlandırıb:

"Qəsdən edilmiş hərəkətdir. Bizə əziyyət vermək istədilər. Biz qonaqpərvər xalqıq. Ancaq bundan sonra bizə qarşı necə davranılırsa, eyni cavabı almalıdırlar.

Bu hərəkətlərindən vaz keçmələri üçün onların basketbol və futbol komandalarına qarşı da eyni münasibəti göstərməliyik. Bizi lağa qoyan şəkildə üzr istəyirlər”.

Digər Xəbərlər
Xəbər Lenti