"Neftçi"nin hakimi döyən futbolçusu 10 il müddətinə diskvalifikasiya olundu

10 Dekabr 2020 10:40 Qalmaqal 1 101
"Neftçi"nin hakimi döyən futbolçusu 10 il müddətinə diskvalifikasiya olundu

Özbəkistan Pro-liqasının XX turunun "Neftçi" - "Turan" oyunundan sonra kütləvi dava zamanı referini vuran meydan sahiblərinin futbolçusu Camşid Turakulov sərt cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, hücumçu 10 il müddətinə futboldan kənarlaşdırılıb.

Onun komanda yoldaşı Doston Toşmatov isə referinin köməkçilərinə qarşı aqressiv hərəkətə görə 10 oyunluq diskvalifikasiya olunub.

Həmçinin davada iştirak etmiş digər 3 oyunçunun futbolla bağlı fəaliyyətinə 1 illik qadağa qoyulub. Bundan başqa, klub təqribən 10 000 ABŞ dolları məbləğində cərimələnib. Komanda qarşıdakı 3 ev matçını azarkeşsiz keçirməli olacaq.

"Neftçi"nin 0:1 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlərin də iştirakı ilə kütləvi dava düşüb.

Digər Xəbərlər
Xəbər Lenti