"Xəzər Lənkəran"lı oyun "alver"inə görə saxlanıldı

9 Dekabr 2020 17:20 Qalmaqal 689
"Xəzər Lənkəran"lı oyun "alver"inə görə saxlanıldı

Moldovada 11 nəfər oyun alqı-satqısında ittiham olunur.

Sportinfo.az xəbər verir ki, bu barədə açıqlamanı Moldova Milli Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi yayıb.

Onlar altı ay ərzində oyun alqı-satqısından 600 min avro almaqda şübhəli bilinir: "Futbol sahəsində çalışan 11 nəfər idman tədbirlərinin manipulyasiyasında ittiham edilir.

Söhbət ölkədəki futbol klublarının direktorlarından, özəl idman məktəblərinin direktorlarından həmçinin Milli Divizionun 10 komandasından yarısını təmsil edən oyunçulardan gedir", - deyə məlumatda bildirilib.

İstintaq Europol və UEFA nümayəndələri ilə əməkdaşlıqda aparılır. Bu ilin iyulunda Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları idman klublarının oyunçularının təzyiqə məruz qaldığı və bunun matçların nəticələrinə təsir göstərməsi barədə məlumat alıblar.

Saxlanılar şəxslərin bəzilərinin adları bəlli olub. Onların arasında "Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Denis Kalinkov da var. O, hazırda "Kodru" komandasının baş məşqçisidir.

Araşdırmaya görə, 2017-ci ildən bəri məşqçilər, idman agentləri, idman klublarının sahibləri və Moldova Futbol Federasiyasının rəhbərliyindən olan insanlar bəzi idmançılarla oyunların nəticələrinə necə təsir göstərmələri barədə razılığa gəliblər.

Matçların nəticələri əvvəlcədən bukmeykerlərə bildirilib. Ən çox Asiyadakı bukmeyker kontorlarından istifadə edilib. Avropadakı idman mərcləri qəbul edən şirkətlərlə əlaqələr də müəyyənləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti