"Başakşəhər" Parisdə meydanı tərk etdi - Hakimin irqçiliyinə görə

9 Dekabr 2020 01:20 Qalmaqal 986
"Başakşəhər" Parisdə meydanı tərk etdi - Hakimin irqçiliyinə görə

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ – “Başakşəhər” matçı yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, buna oyunun 14-cü dəqiqəsində 4-cü hakim Sebastian Kolteskunun İstanbul klubunun köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.

Bundan əlavə, baş hakim Ovidiu Hatseqan Veboya qırmızı vərəqə göstərib və onu texniki zonadan kənarlaşdırıb. Baş verənlərdən sonra "Başakşəhər" meydanı tərk edərək paltardəyişmə otağına gedib.

Oyunda hesab 0:0-dır.

"Başakşəhər"in prezidenti Göksel Gümüşdağ isə baş verənlərlə bağlı "TRT Spor"a danışıb. O bildirib ki, 4-cü hakim meydandan kənarlaşsa, matçda davam edəcəklər. 4-cü hakim oyuna çıxacağı təqdirdə isə meydanda olmayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”