Baş Prokurorluqdan VİDEO yayanlara xəbərdarlıq!

25 Oktyabr 2020 13:50 Problem 595
Baş Prokurorluqdan VİDEO yayanlara xəbərdarlıq!

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkədə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

Prokurorluğun Mətbuat xidmətindən Sportinfo.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır.

Qeyd olunub ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır.

Bu kimi hərəkətlərin qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olduğu da xatırladılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti