Mübariz Mənsimovun işi düz gətirmir - Tankerdə partlayış, itkin düşənlər var

25 Oktyabr 2020 11:20 Problem 1 812
Mübariz Mənsimovun işi düz gətirmir - Tankerdə partlayış, itkin düşənlər var

Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində partlayış baş verib.

Sportinfo.az xəbər verir ki, Qafqaz limanından Rostova yola düşən tankerdə 13 heyət üzvü olub.

Onlardan 10-nun həyatını xilas etmək mümkün olub. Partlayış zamanı dənizə atılan 3 nəfərin axtarışları isə davam etdirilir.

Onların hamısının rusiyalı olduğu bildirilir.Tankerdə yük olmayıb. Partlayış neft məhsullarının buxarından yaranıb. Hadisəyə səbəb texniki təhlükəsizlik qaydasının pozulması və ya qaynaq işlərinin aparılması göstərilir.

Qəza yerinə 3 xilasedici gəmi yaxınlaşıb. Dənizə yanacaq axıntısı, həmçinin, göyərtəyə su dolması qeydə alınmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Gəmi hazırda Türkiyədə həbsdə olan “Xəzər Lənkəran“ın sahibi Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsusdur.

Rusiyada

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda