CNN Türk: Düşmənin Gəncədə atasız qoyduğu uşaqlar - VİDEO

23 Oktyabr 2020 11:55 Problem 347
CNN Türk: Düşmənin Gəncədə atasız qoyduğu uşaqlar - VİDEO

“CNN Türk” telekanalı Gəncə terrorundan əziyyət çəkən Əsgərovlar ailəsindən reportaj hazırlayıb.

Sportinfo.az xəbər verir ki, süjetdə Sarı və Elcanın atası, 40 yaşlı Bəxtiyar Əsgərovun raket hücumu nəticəsində həlak olduğu qeyd olunub.

Uşaqların anası, 28 yaşlı Türkanə Əsgərova isə kədərindən danışa bilməyib.

Azyaşlıların nənəsi Ziba xanım bildirib ki, Gəncəyə ard-arda hücum olduğuna görə Bəxtiyar Əsgərov uşaqları kəndə apararaq “Mən evimdə ölüm, amma sizə heç nə olmasın”, -deyib.

Ziba xanım “Uşaqların evini alaram, tikərəm. Amma atalarını geri qaytara bilmərəm”,- deyə vurğulayıb.

17 oktyabr gecəsi B. Əsgərovla birlikdə daha 4 ailə üzvü - atası Suliddin Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və böyük bacısının qızı Nigar Əsgərova həlak olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?