"Şübhəli əşyalara toxunmayın!” - DİN müraciət yaydı

23 Oktyabr 2020 10:31 Problem 340
"Şübhəli əşyalara toxunmayın!” - DİN müraciət yaydı

Daxili İşlər Nazirliyi əhaliyə müraciət ünvanlayıb

Sportinfo.az həmin müraciəti təqdim edir:

“Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil etmişdir.

Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın.

Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!”

Digər Xəbərlər
Xəbər Lenti