100 min manat vəsait köçürdü – Orduya dəstək

21 Oktyabr 2020 11:48 Problem 1 580
100 min manat vəsait köçürdü – Orduya dəstək

Formula 1 yarışlarının Azərbaycanda təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ordumuz tərəfindən həyata keçirilən uğurlu tədbirlərə dəstək kampaniyasına qoşulub.

Sportinfo.az xəbər verir ki, şirkətin əməkdaşları könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüblər.

Şirkət ölkənin müdafiəsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən mübarizədə hər bir vətəndaşın və qurumun Vətənə dəstəyinin vacib olduğunu hesab edir və ordumuza daha böyük zəfərlər diləyir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM