“Onu təcili həbsxanaya salmaq lazımdır, aşqa heç nə deyə bilmərəm“

20 Oktyabr 2020 18:20 Problem 1 069
“Onu təcili həbsxanaya salmaq lazımdır, aşqa heç nə deyə bilmərəm“

Braziliyanın ailə, qadın və insan hüquqları naziri Damares Alves “Real”ın sabiq futbolçusu Robinyonun həbs edilməsini tələb edib.

Sportinfo.az xəbər verir ki, Milan məhkəməsi onu zorlamada ittiham edərək 2017-ci ildə 9 il həbs cəzasına məhkum edib.

Hadisə 2013-cü ildə baş verib. Robinyo və daha 5 nəfər alban qızı zorlamaqda günahkar biliniblər.

Futbolçu ittihamları rədd edib və apellyasiya şikayəti verib. O, “Santos”la müqavilə bağlamağı da planlaşdır. Məhz bu addım naziri özündən çıxardıb:

“Onu təcili həbsxanaya salmaq lazımdır. Başqa heç nə deyə bilmərəm. Apellayasiya vermək olar. Bəs səs yazısı, xalq?

Siz başqa nə istəyirsiniz? Heç bir təcavüzkar alqışlanmamalıdır. Bu adam qəhrəman obrazını yaratmaq üçün sahəyə qayıtmaq niyyətindədir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti