“Mənimlə debatda erməni nazir mülki əhalini vurmaqlarına bəraət qazandırırdı”

19 Oktyabr 2020 16:08 Problem 270
“Mənimlə debatda erməni nazir mülki əhalini vurmaqlarına bəraət qazandırırdı”

“Ermənistanın bu hərəkətləri bütün beynəlxalq konvensiyaların və qanunların kobud şəkildə pozulmasıdır”.

Sportinfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki,Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə almasına dair onların rəsmi şəxslərinin etirafları var: “Ötən gün mən BBC radiosunda Ermənistanın Xarici İşlər naziri ilə debatda idim. Ermənistan naziri açıq şəkildə Azərbaycan mülki əhalini atəşə tutmaqlarına bəraət qazandırmağa çalışırdı.

Biz hətta dünən bəyan etdik ki, Azərbaycan müharibədə həlak olmuş Ermənistan hərbi qulluqçuların cəsədlərini verməyə hazırdır. Lakin bunun cavabı kimi Ermənistan tərəfi öz təxribatlarını davam etdirdi. Mülki əhalimizi yenə də atəşə tutdu”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"