“Koronavirusdan özbaşına müalicə olunanlar sonda xəstəxanalıq olur”

18 Oktyabr 2020 18:30 Problem 416
“Koronavirusdan özbaşına müalicə olunanlar sonda xəstəxanalıq olur”

“Azərbaycanda əhalinin sayına görə koronavirusla bağlı aparılan test sayı çox yüksəkdir.

İndiyə qədər ölkə üzrə 1 milyon 228 mindən çox test aparılıb. Bu test sayı bizə xəstəliyi gizli keçirən insan sayını ortaya çıxarmağa imkan verir”.

Sportinfo.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Milli-Elmi Təqdqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

O qeyd edib ki, bir qrup insanlar xəstəliyi asimptomatik keçirir, ikinci qrupda isə xəstəliyin bəzi klinik əlamətləri var, lakin onu qrip, soyuqdəymə kimi anlayır. Test etməklə bu virusu ortaya çıxarmaq mümkündür:

“Xəstəliklə mübarizədə, xəstələri aktiv yolla aşkar etməkdə test sayı çox önəmlidir. Bu halda vaxtında diaqnoz qoyub, izolə edib müalicə edə bilərik. Test sayı nə qədər çox olsa, bir o qədər tez xəstəliyin əngəllənməsinə, durdurulmasına nəzarət edə bilərik”.

A.Allahverdiyev bildirib ki, indiyə qədər Azərbaycanda 40 mindən çox koronavirusdan sağalan olub. Ölüm sayında çox ciddi azalma var. Bu, heç də virusun quruluşu ilə bağlı deyil:

“Bu, həkimlərimizin xəstəliyi tanıması, müalicə işində optimallaşdırma ilə bağlıdır. Bu, bizim həkimlərimizin nailiyyətidir. Hansı xəstələr ki, özbaşına müalicə olunublar, təcrübə göstərir ki, onlar sonunda mütləq xəstəxanaya gəlməli olurlar. Onların müalicəsi daha çətin olur və həyati təhlükəlidir. Lakin həkim nəzarəti ilə evdə müalicə almaq olar”.

Virusun mutasiyasına gəlincə isə, həkim bildirib ki, burada ciddi mutasiyalar olmayıb. Virusun xəstəliktörətmə özəlliyinə sahib genlərində ciddi dəyişiklik baş verməyib.

A. Allahverdiyev qeyd edib ki, digər tərəfdən isə bəzi qripə qarşı dərmanlar “COVID”də də istifadə olunur. Bu halda ola bilər ki, əvvəllər qripdə istifadə etdiyimiz dərmanlar “COVID”də təsir etməsin. Ona görə də lazımsız, özbaşına dərman preparatları almaq olmaz.

A.Allahverdiyev plazma müalicəsindən də danışıb: “Virusa yoluxan insanların qanından plazma alınması müalicədə vacib əhəmiyyət daşıyır. Lakin bu qısa müddətdə kömək edir, davamlı deyil. Müəyyən müddətdən sonra həmin insanların plazmasında olan antilellərin sayı azalır. Bəzən insanlar düşünürlər ki, qanlarından plazma götürülsə, onlara ziyanı ola bilər. Lakin bu donorlar üçün heç bir təhlükə yoxdur, əksinə faydalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti