“Ermənistan döyüşmür, qatil kimi cinayət işləyir”

18 Oktyabr 2020 10:10 Problem 666
“Ermənistan döyüşmür, qatil kimi cinayət işləyir”

“Ermənistan quldur dövlət kimi davranır və onu dəstəkləyənlər qətliamın əsl günahkarlarıdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AK Partiyanın sözçüsü Ömər Çelik öz tvitter hesabında işğalçı Ermənistan ordusunun Azərbaycanda mülki insanlara qarşı törətdiyi terrora münasibətində bildirib.

“Liviyada kütləvi məzarlıqların arxasında gizlənənlər Azərbaycan torpağındakı mülki vətəndaşların öldürülməsini həyata keçirənlərdir. Ermənistan insanlığa qarşı etdiklərinə görə günahkardır. Ermənistana dəstək verənlər keçmişdə Avropanın yaşadığı ağrıları başqa coğrafiyada yaşatmaqdan çəkinmirlər.

Ermənistan döyüşmür, qatil kimi cinayət işləyir”,- deyə Ö. Çelik qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM