Gənclər və İdman Nazirliyinin kollektivi nəcib addım atıb.
Bu barədə Sportinfo.az-a qurumun mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, nazirlik oktyabrın 10-dan 11-nə keçən gecə erməni terroristləri tərəfindən Gəncəyə atılan raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin yetkinlik yaşlarına (18 yaş) çatana qədər 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürüb.

