COP29

18 xalı silindi - 35 ildən sonra ilk dəfə elitanı tərk edəcək

20 Aprel 01:40 Problem 600
18 xalı silindi - 35 ildən sonra ilk dəfə elitanı tərk edəcək

Niderland Kral Futbol Assosiasiyasının (KNVB) müstəqil lisenziya komitəsi “Vitess”in ölkə çempionatındakı 18 xalını silib.

Sportinfo.az liqanın saytına istinadən xəbər verir ki, buna səbəb klubun lisenziya qaydalarına əməl etməməsidir.

Bu sanksiyaya görə klubun 30 turdan sonra turnir cədvəlində -1 xalı var.

Bu səbəbdən “Vitess"in ölkənin yüksək liqasında qalması üçün heç bir şansı yoxdur. Beləliklə, klub 35 ildən sonra ilk dəfə elitanı tərk edəcək.

Klub rəsmi internet saytında bu qərara etiraz etmək fikrində olmadığını açıqlayıb.

“Vitess”in müvəqqəti direktoru Edvin Reyntesin sözlərinə görə, bunun müqabilində klub lisenziyasını saxlamaq şansı əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti