Azərbaycanlı hücumçunun dizi çat verdi – QORXULU AN

3 Aprel 2024 16:20 Problem 1 379
Azərbaycanlı hücumçunun dizi çat verdi – QORXULU AN

Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov 6 ay futbolsuz qala bilər.

Sportinfo.az-ın “berliner-kurier.de” saytına istinadən məlumatına görə, “Dinamo”nun (Berlin) formasını geyinən hücumçu məşq zamanı ciddi xəsarət alıb.

Komanda yoldaşı ilə toqquşan 32 yaşlı forvardın dizi burxulub.

İlkin diaqnoza görə, dizində çat əmələ gələn azərbaycanlı futbolçu təxminən yarım il yaşıl meydanlardan kənarda qalacaq. Lakin yekun rəy MRT-dən sonra veriləcək.

Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” Almaniya Regional Liqasında mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı