“Borussiya” Bakıda onun xidmətindən məhrum qaldı

07:50 Problem 112
“Borussiya” Bakıda onun xidmətindən məhrum qaldı

Çempionlar Liqasında əsas mərhələnin 3-cü turunda “Sabah”la qarşılaşacaq Dortmund “Borussiya”sı Bakıya itki ilə gəlib.

Sportinfo.az xəbər verir ki, səfər öncəsi Almaniya klubu bir futbolçusunun xidmətindən məhrum qalıb.

Belə ki, yarımmüdafiəçi Konstantinos Karetsas Bundesliqanın 6-cı turunda “Union”la səfər görüşündə (0:0) sıradan çıxıb.

Zədədən yeni qayıdan 18 yaşlı yunanıstanlı oyunçu 62-ci dəqiqədə meydana daxil olsa da, cəmi 7 dəqiqə sonra topuğundan xəsarət alaraq əvəzlənib.

Baş məşqçi Niko Kovaç da gənc futbolçunun böyük ehtimalla “Sabah”la qarşılaşmada iştirak edə bilməyəcəyini açıqlayıb.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” oyunu saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?