“Hamısını öldürün!” - İŞİD-dən Çempionlar Liqası ilə bağlı PAYLAŞIM - FOTO

9 Aprel 18:40 Problem 1 379
“Hamısını öldürün!” - İŞİD-dən Çempionlar Liqası ilə bağlı PAYLAŞIM - FOTO

İŞİD Çempionlar Liqasını hədəf alıb.

Sportinfo.az xəbər verir ki, terror təşkilatı dörddəbir final matçlarının keçiriləcəyi London, Paris və Madriddəki 4 qarşılaşma üçün stadionlarda qırğınları təşviq edən “hamını öldürün” mesajını paylaşıb.

1/4 finalda Londonda "Arsenal" və "Bavariya", Madriddə “Real” və “Mançester Siti”, Parisdə PSJ və “Barselona”, Madriddə isə “Atletiko Madrid” və “Borussiya Dortmund” üz-üzə gələcək.

İŞİD-in təhdidindən sonra 3 şəhərdə təhlükəsizlik tədbirləri artırılıb. Terror təhlükəsi xəbərdarlığı 4-cü səviyyəyə qaldırılıb.

Terror təşkilatının paylaşdığı fotoda matçların keçiriləcəyi 4 stadionun adı yer alıb və “hamını öldürün” mesajı yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti