“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası vacib əhəmiyyətə malikdir"

31 May 2024 08:10 Problem 452
“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası vacib əhəmiyyətə malikdir"

“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacib əhəmiyyətə malikdir”.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.

“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı praktiki mərhələnin başladığını müşahidə edirik. Bu, regional sabitlik üçün vacib əhəmiyyətə malikdir”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Rusiya delimitasiya ilə bağlı bütün məsələlərin müstəsna olaraq siyasi-diplomatik metodlarla həllinə tərəfdardır:

“Rusiya üçtərəfli razılaşmalar əsasında tərəflərə delimitasiya ilə bağlı öz konsultativ yardımını göstərməyə hazırdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı