COP29

Tanınmış azərbaycanlı futbolçu: “2 ildən çoxdur işsizəm, Allah yetirən ruzi ilə dolanıram”

25 May 20:20 Problem 4 844
Tanınmış azərbaycanlı futbolçu: “2 ildən çoxdur işsizəm, Allah yetirən ruzi ilə dolanıram”

“2 ildən çoxdur işsizəm. Evdəyəm, heç yerdə işləmirəm, Allah yetirən ruzi ilə dolanıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamaında Azərbaycan millisinin sabiq futbolçusu Emin Quliyev deyib.

Futbolçu karyerasını başa vurandan sonra məşqçilik kurslarına yazılaraq B kateqoriyasına yiyələnən, sonuncu iş yeri AFFA-nın elit məşq layihəsı olan 47 yaşlı mütəxəssis 2021-ci ildən bu yana futboldan uzaq düşüb.

Quliyev AFFA-da baş verən rəhbər dəyişikliyindən sonra onu işıqlı günlərin gözlədiyinə ümid etdiyini bildirib:

“Stadionlara getməsəm də, televiziya vasitəsi ilə oyunlara baxıram, nəticələrlə maraqlanıram. Əlbəttə, futbol adamı üçün kənarda qalmaq ağırdır.

Hər bir şəxs özünə doğma olan işin başında olmaq istəyir. Açığı, bu müddətdə nə soruşan olub, nə maraqlanan.

Allah sizdən razı olsun, zəng etməyiniz xoş oldu. Yaxşı olacağına ümid edirəm.

İnşallah, yeni rəhbərliyin gəlişindən sonra veteranlar işlə təmin olunar”.

Karyerasını 2011-ci ildə 34 yaşında başa vuran Emin Quliyev Azərbaycanda “Dinamo”, “Kəpəz”, “Neftçi”, “Xəzər Lənkəran”, “Karvan”, “Abşeron”, “Simurq”, Bolqarıstanda “Liteks”, Rusiyada “Alaniya”nın uğurları üçün tər töküb.

3 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunun, 1 dəfə “Birlik kuboku”nun qalibi adını qazanıb.

Azərbaycan millisinin heyətində meydana çıxdığı 48 oyunda 3 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"