COP29

Yerli futbolçuları bölgə klublarından qaçaq salan nədir?

24 May 17:20 Problem 572
Yerli futbolçuları bölgə klublarından qaçaq salan nədir?

Azərbaycan Premyer Liqasında mövsüm sona yaxınlaşır.

Artıq klublar indidən yeni mövsümün hazırlığına start verib.

Baş məşqçilər kimlərin gedib, kimlərin qalacağı ilə bağlı son siyahıları tərtib etməkdədir.

Yenə bu əsnada ən çətin iş bölgə klublarına düşür.

Legionerlərlə bağlı mənzərə bəllidir. Uzun müddətdir danışılır ki, yaxşı əcnəbiləri regionlara aparmaq bir dərddi, növbəti mövsüm saxlamaq iki qat.

Adətən gəlmələrlə bağlı çətinliklərdən çox danışılır. Sanki belədə yerli futbolçular kölgədə qalmış olur.

Amma onlarla bağlı mənzərə də bənzərdi.

Bu gün sanballlı azərbaycalı futbolçu çıraqla axtarılır.

Tapılanlar da Bakını asanlıqla regiona dəyişmək istəmir.

Burada məsələ təkcə məsafə uzaqlığı, əyləncə üçün məkanların yoxluğu deyil. Həm də tribunalarda yaşanan təzyiq yerli futbolçuları qorxudur.

Bilirik ki, paytaxtda məskunlaşan klublarından fərqli olaraq rayon komandalarının böyük tərəfdar ordusu var.

Onları razı salmaq, könlünü xoş etmək elə də asan deyil. Bəzən ilk məğlubiyyətdən sonra üsyan bayrağını əlinə alanlar olur. Gəl indi bu təzyiqə tap gətir.

Böyük iradə lazımdır. Psixoloji möhkəm olmalısan. Əksəriyyət də bu qədər çətinliyə sinə gəlməkdənsə, paytaxt klublarından birində karyerasını davam etdirməyi daha məqbul hesab edir. Hətta milli komandamızın sabiq üzvü Mirabdulla Abbasov kimi karyerasını başa vurmağa razı olanları belə az deyil. Forvard "Neftçi"dən ayrıldıqdan sonra paytaxtdan kənar gələn təkliflərə "yox" demişdi.

Belədə yaxşı yerli futbolçu bir kənara, sıradan birini bölgəyə aparmaq klublar üçün bəzən dəyərindən 3 dəfə artıq qiymətə başa gəlir.

Hərənin də öz haqlı tərəfləri var.

Kimə nə deyə bilərsən?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"