Sülhməramlıların Qarabağı tərk etməsinə reaksiya - ABŞ-dən

19 Aprel 2024 08:10 Problem 635
Sülhməramlıların Qarabağı tərk etməsinə reaksiya - ABŞ-dən

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb.

Onun sözlərinə görə, ABŞ 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və bölgədə rusiyalı sülhməramlıların yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi olmayıb:

“Rusiyalı hərbçilərin daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyinə işarə edən heç nə görməmişik. ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaqla bağlı səylərini qətiyyətlə dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu