“Bilirdin ki, hansı komanda udsa da, uduzsa da sən söyüləcəksən“ - VİDEO

18 Aprel 11:40 Problem 533
“Bilirdin ki, hansı komanda udsa da, uduzsa da sən söyüləcəksən“ - VİDEO

“Bir müddət hakimlik etdim və sonra başa düşdüm ki, bu sahə mənlik deyil“.

Bu sözlər aktyor-aparıcı Azər Baxşəliyevə məxsusdur.

Baku TV-də yayımlanan “Qapqara” verilişinə qonaq olan müsahib vaxtilə futbol sahəsində çalışdığını, çempionat oyunlarına təyinat aldığını, lakin burada perspektiv görmədiyi üçün karyerasını yarımçıq başa vurduğunu söyləyib:

“O vaxt hakimlər rayon oyunlarına getmək istəmirdi. Bilirdin ki, hansı komanda udsa da, uduzsa da sən söyüləcəksən. Ümumiyyətlə, idmana marağım heç vaxt böyük olmayıb“.

“Bozbaş“dan tanıdığımız A.Balakişiyev bildirib ki, böyrək çatışmazlığından əziyyət çəkdiyində donoru anası olub:

“2020-ci ildə xəstəliyim ağırlaşdı. Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə anam ikinci dəfə.

Böyrəklərimin hər ikisi sıradan çıxmışdı. Anam böyrəyinin birini mənə verdi.

Bunun üstündən 4 il keçib. Amma bu gün də eyni xəstəliklə üzləşdim.

Yaxın zamanlarda əməliyyata gedəcəm. Donor tapılsa, ikinci dəfə böyrək köçürüləcək.

Bacardığım qədər biruzə vermirəm, amma istənilən halda bu, bəlli olur. Bəzən düşünürəm ki, ananın verdiyi böyrək də xarab oldu.

Heç nədən anamdan böyək götürdüm, amma qismət budur. Heç vaxt neqativ düşünmürəm.

Ən azından bu xəstəliyin bir çıxış yolu var. İşimlə xəstəliyimi qarışdırmıram.

Mənəvi olaraq çox çətin olsa da, gün ərzində xəstəliyim heç yadıma düşmür. Donor tapılsa, yaxın aylarda mənə yenidən böyrək köçürüləcək”.

Sevgi ilə bağlı sualı cavablandırarkən aktyor deyib:

“Evli birinə vurulursan. Başa düşürsən ki, bu insanın ailəsi var.

Amma yenə də onu sevirsən. Ürəyə deyə bilməzsən ki, sevmə, o ailəlidir.

Ağıl da deyir ki, bu ona, onun ailəsinə qarşı düzgün deyil. Ağla daha çox inanırsansa, ürək uduza da bilər.

Amma çox sevirsənsə, heç düşünmürsən. Deyirsən ki, sevirəm, evli də olsa, başqa ölkədə də yaşasa, axıra qədər gedəcəm”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı