COP29

"İndi uşaq kimiyəm, 20 saniyədən sonra yıxılıram" - Aslan Şahgəldiyev

15 Aprel 22:40 Problem 548
"İndi uşaq kimiyəm, 20 saniyədən sonra yıxılıram" - Aslan Şahgəldiyev

Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev dekabrda keçirdiyi qəzadan danışıb.

Sportinfo.az xəbər verir ki, bir neçə gün öncə yatdığı xəstəxanadan evə buraxılan Şahgəldiyev qaynarinfo-ya açıqlamasında hazırda durumunun yaxşıya doğru getdiyini, hər gün fizioterapeya keçdiyini bildirib.

"Əvvəlki vəziyyətimə baxanda indi çox yaxşıyam. Artıq düzəlirəm, xəstəxanadan evə buraxılmışam.

Hər gün fizioterapeya keçirəm. Ümumilikdə gündə beş saat idman edirəm.

Amma müəyyən vaxt lazımdır, gəzə bilmirəm. Yeni yeriməyi öyrənən uşaq gəzməmişdən əvvəl durub, bir az sonra yıxılır ha, mən də eləyəm.

20 saniyədən sonra yıxılıram. Həkimlər deyib ki, səbrli ol, hər şey düzələcək. "Walker”lə gəzə bilirəm amma”.

PFL rəsmisi hətta işə getdiyini, orada əməkdaşlarla görüşdüyünü dedi:

"Yəqin ki fizioterapeya iki ay çəkəcək. Konkret vaxt demirlər.

Lakin mən görürəm ki, ən azı iki ay davam edəcək. Sərbəst gəzmək üçün bir qədər vaxt lazımdır.

İşlə bağlı məsələlərə gəlincə, Elxan Səmədov prezident seçildikdən sonra onsuz da çox ideal struktur qurmuşduq.

Qəza keçirdikdən bir həftə sonra hamımız onlayn olaraq işləyirdik. Dünən də ilk dəfə olaraq bir neçə saatlıq işə getdim.

Xoşuma gəldi, uşaqlarla danışdım, beynim açıldı. Ayağımda sinir ağrıları vardı, dayanmadan, 24 saat ağrıyırdı.

İşə getdikdən sonra uşaqlarla danışdım, başım qarışdı və ağrıları hiss etmirdim. Daha əməliyyat gözlənilmir. Bədən özünü bərpa etməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu