“İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında verib”

5 Aprel 18:30 Problem 262
“İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında verib”

“İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında verib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalının efirində deyib.

Onun sözlərinə görə, Moskva və KTMT-nin regionda vəziyyətin gərginləşməsi dövründə Ermənistana yardım etməməsi ilə bağlı bəyanatlar yalandır:

“Bu ideyanı dəstəkləyən və yayanları yalan danışmaqda ittiham edirəm. Bu, həqiqət deyil, yalandır. Rəsmi İrəvan bu barədə qərarı Qərblə məsləhətləşmələrdən sonra verib”.

Zaxarova qeyd edib ki, Qərb ölkələri Ermənistanın Qarabağdan rəsmi olaraq imtina etməsi mövzusunu təbliğ edirdilər.

Digər Xəbərlər
Xəbər Lenti