“Neftçi” və “Sumqayıt”dan hərəyə iki nəfər… SON XƏBƏR

4 Aprel 23:40 Problem 949
“Neftçi” və “Sumqayıt”dan hərəyə iki nəfər… SON XƏBƏR

Premyer Liqanın 29-cu turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

6 komandadan cəzalı duruma düşən 7 futbolçu meydana çıxmaqdan məhrumdur. Bir məşqçi isə texniki zonada yer ala bilməyəcək.

Ən ağır zərbə “Sumqayıt”a dəyib. İki vacib futbolçu və bir məşqçi matçı kənardan izləyəcək. Rəqib komandanın heyətində isə Dieqo Valdez eyni səbəbdən tribunada yer alacaq.

Cəzalıların ümumi siyahısı belədir:

Oktavio Monteka, Masaki Murata (hər ikisi “Sumqayıt”), Dieqo Valdez (Neftçi), Lira Paçu (Turan Tovuz), Vüsal Şabanov (Araz-Naxçıvan), Şakir Seyidov (Kəpəz), Ahmed Ayzaya (Qəbələ), Seymur Rəhimov (“Sumqayıt”, məşqçi).

Aprelin 5-də “Araz-Naxçıvan” – “Kəpəz”, ertəsi “Turan Tovuz” – “Sabah”, “Qarabağ” – “Səbail”, aprelin 7-də “Zirə” – “Qəbələ”, “Neftçi” – “Sumqayıt” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti