AFFA-dan məlumat aldıq - Bu qərar bütün klubları o ki var sevindirəcək!

4 Aprel 2024 10:40 Problem 7 037
AFFA-dan məlumat aldıq - Bu qərar bütün klubları o ki var sevindirəcək!

AFFA Hakimlər Komitəsinə yeni sədr təyin olunacaq.

Bu barədə saytımıza federasiyadan məlumat verilib.

Bildirilib ki, müqavilə müddəti iyunda başa çatacaq Barış Şimşeklə danışıqlar aparılmır. İki il öncə bu vəzifəyə gətirilən türkiyəli funksionerə yeni kontraktın təklif olunması nəzərdə tutulmur.

Qurumdan redaksiyamıza ötürülən informasiyada o da qeyd edilir ki, Şimşəyin fəaliyyəti yeni rəhbərliyi qane eləmir.

Bu, əsasən Premyer Liqanın cari mövsümündə hakim qalmaqallarının və onlar tərəfindən yol verilən səhvlərin sayının kifayət qədər artmasıyla əlaqədardır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı