Azərbaycanda 34 klub hələ də pul gözləyir, o isə 2 aydır yoxdur!

31 Mart 2024 11:05 Problem 1 563
Azərbaycanda 34 klub hələ də pul gözləyir, o isə 2 aydır yoxdur!

AFFA ilə klublar arasında növbəti dəfə narazılıq baş qaldırıb.

Problem maliyyə dəstəyinin verilməsində yaranan «quyruq»la bağlıdır.

Belə ki, federasiya Premyer Liqa ilə yanaşı, I Liqa və II Liqa təmsilçləri qarşıında götürdüyü öhdəlikləri yerinə yetirməkdə çətinlik yaşamaqdadır. Artıq martın son günündəyik, AFFA isə hələ fevral ayına aid ödəməni etməyib.

Təbii ki, qeyri-müəyyənliyin uzanması çempionat iştirakçılarının (ümumilikdə 34) gündəlik həyatına mənfi təsirini göstərməkdədir. Axı onların əksəriyyəti elə AFFA xətti ilə dövlətdən aldığı dotasiya hesabına ayaqda qalıb.

Federasiya ona ünvanlanan çoxsaylı müraciətlərə isə eyni reaksiya bildirməkdədir: «problem bizdən qaynaqlanmır».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı