Gənclər və İdman Nazirliyi məhkəmədə sabiq direktora uduzdu

31 Mart 01:50 Problem 765
Gənclər və İdman Nazirliyi məhkəmədə sabiq direktora uduzdu

Gənclər və İdman Nazirliyi (GİN) Nərimanov Rayon Məhkəməsinin Azərbaycan Antidopinq Agentliyinin (AMADA) sabiq direktoru Şəfəq Hüseynlinin xeyrinə çıxarılan qərardan apellyasiya şikayəti edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə prosport.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.

O bildirib ki, yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunacaq.

Şəfəq Hüseynli oktyabrda gənclər və idman naziri Fərid Qayıbovun qərarı ilə AMADA-dadakı işindən azad olunub. Bu səbəbdən Ş.Hüseynli dekabrda GİN və AMADA-nı əmək haqlarının pozulmasına görə Nərimanov rayon məhkəməsinə verib.

Sözügedən məhkəmə ötən ay baş hakim Aytən Novruzovanın sədrliyi ilə keçən iclasda Ş.Hüseynlinin hüquqlarının pozulduğunu təsdiqləyib, ona təzminat verilməsinə və işə bərpasının təmin edilməli olmasına dair qərar çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti