Məhkəmə qarşısına çıxacaq - Məşhur futbolçuya yeni ittiham irəli sürüldü

31 Mart 2024 01:30 Problem 610
Məhkəmə qarşısına çıxacaq - Məşhur futbolçuya yeni ittiham irəli sürüldü

Xəbər verdiyimiz kimi, təcaüz etmə ittihamı ilə 4,5 il həbs cəzasına məhkum edilən (bir neçə gün əvvəl zaminə buraxılan) keçmiş braziliyalı futbolçu Dani Alveş yenidən məhkəmə qarşısına çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AS xəbər məlumat yayıb.

Belə ki, Alveş 4 il öncə koronavirus pandemiyası ilə bağlı dezinformasiyaya qarşı layihədə iştirak edib. O, "Aviao" adlı mahnı hazırladıb.

Mahnının müəllifləri arasında iki braziliyalı bəstəkar Gilano Mateus və Tiaqo Mateus Alveşə qarşı iş qaldırıb.

Onlar bildiriblər ki, onların adları mahnının yaradıcıları siyahısından çıxarılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı