“Onlara çataq, sonra müqayisə edərik, bizim federasiyada vəziyyət acınacaqlıdır”

30 Mart 2024 20:40 Problem 795
“Onlara çataq, sonra müqayisə edərik, bizim federasiyada vəziyyət acınacaqlıdır”

«Məncə, bizim futbolun Gürcüstan futboluna çatmasına hələ var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin kapitanı Asif Məmmədov deyib.

Uzun illərdir «qırmızı-qaralar»ın formasını geyinən 36 yaşlı yarımmüdafiəçi qonşu Gürcüstanın tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanması haqda fikirlərini bölüşüb:

«Onlar böyük turnirlərə qatılmağa əvvəldən yaxın idilər. Bu gün gürcülərin 100-dən çox futbolçusu Avropada oynayır.

Onlara çataq, sonra müqayisə edərik. Bu gün Gürcüstan Futbol Federasiyasında çalışanların hamısı futbol adamlarıdır. Amma bizim federasiyada vəziyyət acınacaqlıdır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!