Premyer Liqada 4 komandadan 6 futbolçu, 1 baş məşqçi...

29 Mart 16:20 Problem 428
Premyer Liqada 4 komandadan 6 futbolçu, 1 baş məşqçi...

Premyer Liqanın 28-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Dörd komandadan cəzalı duruma düşən 6 futbolçu meydana çıxmaqdan məhrumdur.

Bir məşqçi isə texniki zonada yer ala bilməyəcək. Ən ağır zərbə “Qəbələ”yə dəyib.

Cəzalıların ümumi siyahısı belədir:

Bilel Auaşeriya, İlkin Qırtımov (hər ikisi “Qəbələ”), Vüsal Şabanov, Numan Kurdiç (hər ikisi “Araz-Naxçıvan”), Patrik Andrade (Qarabağ), Eddi İsrafilov (Neftçi), Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi).

Martın 29-da “Qəbələ” – “Neftçi”, “Qarabağ” – “Kəpəz”, ertəsi “Səbail” – “Turan Tovuz”, “Sabah” – “Zirə”, martın 31-də “Sumqayıt” – “Araz-Naxçıvan” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"