Paşinyan Azərbaycanla sülh müqaviləsindən nə dedi?

27 Mart 2024 19:30 Problem 1 153
Paşinyan Azərbaycanla sülh müqaviləsindən nə dedi?

“2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində qəbul edilmiş bəyanatda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri hərtərəfli razılaşdırılıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 27-də Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Məlumata görə, Paşinyan Ermənistan və Fransa parlamentləri arasında inkişaf edən möhkəm əlaqələri qeyd edib.

Tərəflər “Zəngəzur dəhlizi” haqqında da danışıblar. Bu kontekstdə Paşinyan Ermənistan hökumətinin “Sülhün kəsişməsi” layihəsini təqdim edib. Bundan başqa, Avropa Birliyinin Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı müzakirə aparılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı