"İçərisində güllə olan məktub almışdı" - Atasının başına gələnlərdən danışdı

27 Mart 02:50 Problem 190
"İçərisində güllə olan məktub almışdı" - Atasının başına gələnlərdən danışdı

1979-cu ildə "Real", İngiltərə millisinin ilk qaradərili futbolçusu və o zaman Madrid klubunun tarixində ən bahalı transfer olan Laure Kanningemi (1956) transfer etdiyini açıqladı.

İspan klubu ingiltərəli vinger üçün "Vest Bromviç"ə 127 milyon peset ödəməklə ümumilikdə dəyəri 90 milyon olan beşmövsümlük müqavilə imzaladı.

1989-cu ilin iyulunda Kunningem 33 yaşında Puerta de Hierroya yaxın olan La Koruna şossesində yol qəzasında həyatını itirib.

Dönəmində çox hallarda irqçiliklə üzləşən, ölkədə qəbuledilməz insanlardan olan Kanningemin oğlu, karyerasını əsasən Panama klublarında keçirən, hazırda Nikaraqua təmsilçisi "Real Esteril"də çıxış edən Serxio ispan radiosu "Cadena SER"ə atasının başına gələnlərdən danışıb.

O, açıqlamasında, "Atam 70-ci illərdə Böyük Britaniyada doğulub. Siz İngiltərədə gəzəndə, irlandların, qaradərililərin və itlərin ölkəyə girişini qadağan edən işarələri görə bilərdiniz.

Təsəvvür edin ki, atam hər zaman irqçiliyə qarşı olduğunu bildirən köynək geyinirdi. Atamın yaşadıqları o dövrün cəmiyyətinin əksi idi.

Klub direktorları qaradərililərin palçıqda yaxşı hərəkət etmədiklərini və ya müqavimət göstərmədiklərini deyirdilər. İngiltərədə debüt edəndə o, içərisində güllə olan məktub aldı.

Evində də Molotovla ona hücum etmişdilər. Maşınının əyləcini götürməyə çalışmışdılar. İngiltərə formasında qaradərili bir kişi görmək dünyanın ən böyük təhqiri idi.

Atam 1979-cu ildə "Real"a gələndə İspaniyada bu irqçiliyi hiss etməmişdi. Maykl Robinson deyirdi ki, Kanningem sayəsində qaradərili uşaqlar kimsə olmaq arzusu ilə yaşaya bilərlər.

Qara olmaq uğursuzluğun sinonimi idi. Buna baxmayaraq o bütün təzyiqlərə, hətta ölüm təhdidlərinə də dözdü. İndi Vinisiusa ("Real"ın braziliyalı futbolçusu) qulaq asanda ürəyim çökür" - sözlərini söyləyib.

Kanningem 1983-cü ilə qədər "Real"da, daha sonra isə "Mançester Yunayted", "Sportinq Xixon", "Marsel", "Lester", "Rayo Valyekano", "Royal Şarleroi" və "Uimbldon" kimi klublarda forma geyinib.

Səbuhi Həsənov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"