Mahir Emrelinin "Dinamo"ya qayıdışı niyə gecikir?

26 Mart 2024 01:10 Problem 1 165
Mahir Emrelinin "Dinamo"ya qayıdışı niyə gecikir?

"Dinamo"nun (Zaqreb) azərbaycanlı hücumçusu Mahir Emrelinin tam dönüşü yenidən təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Zaqreb klubunda məşqlərini davam etdirir.

Amma riskə getməmək üçün adi qaydada deyil, təmas etmədən məşqləri yerinə yetirir.

Çünki son MRT müayinəsi zamanı onun zədəsinin təkrarlanma riskinin olduğu bəlli olub.

Bu həftə Emreli yenidən MRT müayinəsindən keçəcək və əvvəlki zədəsini ağırlaşdırma riski olmasa, tam məşqlərə başlayacaq.

“Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç Emrelinin düşərgəyə tam qayıdışının martda baş tutacağını bildirmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!